Xidmət məktəbi

Valideynlər uşaqlarının böyüyüb inkişaf etdiyini görüb necə sevinirlərsə, Tanrı Ata da sənin Onun vasitəsilə verilən qabiliyyətini və istedadını istifadə etməyini arzulayır. Tanrı istəyir ki, sən Ona xidmət edəsən! Sənin Tanrı Səltənəti üçün görəcəyin iş başqasına bənzəmir - o unikaldır və bu imkanlar məhz Kilsədə tam şəkildə açıla bilər.

Xidmət Məktəbi, Tanrının işində daha məsuliyyətli xidmət göstərmək, ev qruplarına rəhbərlik edərək onları irəli aparmaq və öndər kimi böyümək istəyən insanlar üçün yaradılıb. Məktəbə qəbul müsahibə yolu ilə aparılır. Tədris isə bütün il boyu aylıq şəkildə keçirilir. Məktəb üç əsas mərhələdən ibarətdir: təməl kurs, əsas kurs, praktiki kurs. 

TƏMƏL KURS

Mövzular:

1. Öndər kimdir? (xüsusiyyətləri, bacarıqları və xidmətin mahiyyəti)

2. Müjdəni bölüşmək - praktik ideyalar və məsləhətlər

3. Yeni iman gətirənlərlə düzgün davranış

4. Ev qrupunun yığıncaqları və fəaliyyət istiqamətləri

5. Məsləhət vermənin əsas prinsipləri (insanlarla işləməyin təməlləri)

6. Planlaşdırma (prioritetləri qoruyaraq, öz həyatını və xidməti necə təşkil etmək) 


ƏSAS KURS

Mövzular:

1. Ev qrupunda müxtəlif kateqoriyalı insanlarla iş prinsipləri

2. Komandanı formalaşdırmaq və idarə etmək

3. Yeni öndərləri yetişdirmək

4. Ev qrupu səviyyəsində müjdəni təşkil etmək

5. Azad olma xidməti

6. Praktiki məsləhət (daxili problemləri olan insanlarla necə işləmək) 


PRAKTİKİ KURS

Bu kursun məqsədi - gələcəyin ev qrupları öndərlərinə tələbə toplayıb (ən azı 3 nəfərdən başlayaraq) xidmət etməyi və özlərini Tanrı və insanlar üçün faydalı alətə çevirməyi öyrətməkdir. Kilsəmizin regional öndərləri ev qruplarının öndərlərinə xidmətlərində yardım edirlər, ev qruplarını ziyarət edir, görüşlər keçirir, təcrübələrini bölüşür, Kilsəyə gələnlərə məsləhətlər verirlər, imanlılara həyatlarının hər sahəsində müvəffəqiyyət qazanmağa kömək edirlər. Xidmət Məktəbi - Tanrının səni çağırdığı yolda addım atmaq, Onun işində yetişmək və həyatları dəyişdirmək üçün başlanğıc nöqtəndir.