İnsanı Tanrı yaradıb. O, dünyaya aşağı forma materiyaların təsadüfi inkişafı nəticəsində deyil, canlı Tanrı tərəfindən yaradılıb. İnsan nəinki dərrakəli varlıqdı, o, unikaldır, çünki Tanrının Öz obrazı üzrə yaradılıb ( Varlıq 1:26-27). İnsan Tanrıdan aşağıdı, amma Tanrının yaratdıqlarından üstündür. O, Tanrı tərəfindən digər yaradılanları idarə etmək, onlara padşahlıq etmək, Tanrının işçisi olmaq üçün qoyulmuşdur. İnsan unikal, yeganə, tayı olmayan, ruh, can və bədəndən ibarət olan Tanrıya oxşar varlıqdır. Tanrı insanı azad iradə və azad seçim etmək imkanı ilə yaratmışdır. Günah etməmişdən öncə, insan Tanrıya maneəsiz müraciət edə bilirdi, Onun izzətinə bürünüb daima Onun varlığında ola bilirdi. İnsana unikal keyfiyyətlər xasdır, ona saysız ənamlar verilib, o, əbədi varlıq kimi yaranıb. İnsana Tanrıya xas xüsusiyyətlər verilməsinə baxmayaraq, onun bitməyən ehtiyacları, tələbatları var, və onun Tanrının bənzəri olma yüksək mövqesi helə demek deyil ki, o, Tanrıdan ayrı, azad yaşaya bilər. İnsan Tanrını əks etmək, Onu izzətləndirmək, Tanrı ilə bərabər və Onun üçün işləmək, Onunla ünsiyyətdə olmaq üçün yaranmışdır, və eyni zamanda özünü Tanrıda ifadə edərək bunda məmnunluq tapması və öz həyatının məqsədini Tanrıda tapması vacibdir.
Yer üzündə kimsə Tanrı Oğlu İsa Məsihi öz ürəyinə qəbul edib xilas olanda göylər bayram edir! İndi yeni doğulmuş imanlını maraqlı macəra gözləyir- bu Tanrı ilə həyatdır! Tanrıda ilk addımlar önəmlidir, çünki Tanrı kəlamına uyğun imanla yaşaya bilmək üçün Tanrı və Onun bizim üçün etdikləri barədə bilmək çox vacibdir. Onun sevgisi və lütfü, Onun mükəmməl ədalət və həqiqəti, Onun gücü, qalibiyyət gətirən imanı sizin həyatınızın gündəlik həqiqətinə çevriləcəkdir. Göylərdən doğulandan sonra insanlara nə baş verdiyini anlamaq, ruhən böyümək və Tanrı ilə münasibətləri daha da dərinləşdirmək üçün bəzi praktiki şeyləri başa salmaq bu kursun əsas məqsədidir.
Tədris müddətinin sonunda hər bir insan Tanrı barədə ən əsas suallara cavab tapacaqdır, öz problemlerinin ruhani kökünü görəcəkdir. Həyatı ilə nə edəcəyi, Tanrı ilə münasibətlərini necə quracağı, xilasını necə qoruyacağı barədə şəxsən vəhy alacağına inanırıq.
Dərslər bir ay ərzində tələbələr üçün uyğun vaxtda keçirilir. Bu işdə sizə Kilsəmizin uzun illər ərzində Xilaskarın ardınca gedən xidmətkarları yardım edəcəklər!
Kursun Mövzuları
Tanrının sözsüz sevgisi (xilas və bağışlanma; Tanrı Xaçda nə etdi, və Məsih nə üçün bizim üçün öldü).
Müqəddəs Kitab (Tanrı Kəlamı Məsihdə olan yeni həyatın bünövrəsidir; düşüncələrin yenilənməsi).
Dua (Tanrı ilə gündəlik ünsiyyətdə necə olmaq və Müqqədəs Ruhla vəftiz barədə).
Kilsə (Tanrının Kilsəni yaratma məqsədi; bu gün İsa Kilsəni (Öz
bədənini) necə qurur; Kilsədə üsyankarlığın və nəfsin səbəbləri;
ünsiyyətçillik və dostluq; Rəbbin axşam süfrəsi; Kilsədə üzvlük).
Tanrıyla ilk addımlar