Ev
qrupları Məsihin Kilsəsinin ayrılmaz hissəsidir. Həvvarilərin
dövründə insanlar təkcə məbəddə deyil, həm də evlərdə
yığışırdılar: “Hər gün məbədə yığılmaqda davam edir,
evlərdə sevinə-sevinə, səmimi qəlbdən çörək bölüb
yeyirdilər. Onlar Tanrıya həmd edir və bütün xalq qarşısında
lütf qazanırdılar. Rəbb isə hər gün insanları xilas edir və
imanlılara qoşurdu” (Həvvarilərin işləri 2:46-47).
Ev
qruplarında Tanrının həyatı axır! Burada həm Tanrı ilə, həm
də digər imanlılarla ünsiyyət var, çünki İsa Məsihin adı
naminə 2 və ya 3 insan yığışdıqda, Tanrı onların arasında
olar. İsa Məsihə olan inam bizi bir-birimizə bacı və qardaş
edir və biz bir imanlı ailənin üzvləri oluruq.
Ev
qruplarında qarşılıqlı dəstəyin, birliyin, sədaqətin, Tanrı
izzətinin və sevgisinin atmosferi hökm edir. Tanrının dualara
cavab verərək kiminsə həyatını bərpa etməsini, onu
xeyirdualandırmasını və şəfa verməsini izləmək, ev qrupu
üzvləri üçün böyük bir sevincdir.
Burada
sevinənlərlə sevinir, ad günləri, Milad və Pasxa bayramları
qeyd edilir. İnsanlar bir-birlərinə hədiyyələr bağışlayır,
sürprizlər edirlər. Bununla yanaşı, ağlayanlara təsəlli
verirlər. Çünki Bədənin bir üzvü iztirab çəkirsə, bütün
Bədən iztirab çəkir. Bu səbəbdən, kimsə dərdə düşəndə,
ona yalnız sözlə deyil, əməl ilə də yardım edilir.
Ev
xidmətləri zamanı Tanrı Kəlamı öyrənilir, ibadət edilir,
dualar olunur, çörəkbölmə mərasimi keçirilir və qrup üzvləri
ilə ünsiyyət qurulur. Hər kəs özünü maraqlandıran sualları
verə, problemlərini bölüşə, öndərindən məsləhət ala
bilər. Burada gözəl dostluqlar qurulur, dua etmək öyrədilir,
Müqəddəs Kitab oxunur, Tanrıya ibadət, başqaları ilə İsa
Məsihin müjdəsi ilə bölüşmək, ruhən böyüyüb güclənmək,
azad və xoşbəxt imanlı olmaq öyrədilir.
Ev qrupları
Ev qrupları Məsihin Kilsəsinin ayrılmaz hissəsidir. Həvvarilərin dövründə insanlar təkcə məbəddə deyil, həm də evlərdə yığışırdılar: “Hər gün məbədə yığılmaqda davam edir, evlərdə sevinə-sevinə, səmimi qəlbdən çörək bölüb yeyirdilər. Onlar Tanrıya həmd edir və bütün xalq qarşısında lütf qazanırdılar. Rəbb isə hər gün insanları xilas edir və imanlılara qoşurdu” (Həvvarilərin işləri 2:46-47).
Ev qruplarında Tanrının həyatı axır! Burada həm Tanrı ilə, həm də digər imanlılarla ünsiyyət var, çünki İsa Məsihin adı naminə 2 və ya 3 insan yığışdıqda, Tanrı onların arasında olar. İsa Məsihə olan inam bizi bir-birimizə bacı və qardaş edir və biz bir imanlı ailənin üzvləri oluruq.
Ev qruplarında qarşılıqlı dəstəyin, birliyin, sədaqətin, Tanrı izzətinin və sevgisinin atmosferi hökm edir. Tanrının dualara cavab verərək kiminsə həyatını bərpa etməsini, onu xeyirdualandırmasını və şəfa verməsini izləmək, ev qrupu üzvləri üçün böyük bir sevincdir.
Burada sevinənlərlə sevinir, ad günləri, Milad və Pasxa bayramları qeyd edilir. İnsanlar bir-birlərinə hədiyyələr bağışlayır, sürprizlər edirlər. Bununla yanaşı, ağlayanlara təsəlli verirlər. Çünki Bədənin bir üzvü iztirab çəkirsə, bütün Bədən iztirab çəkir. Bu səbəbdən, kimsə dərdə düşəndə, ona yalnız sözlə deyil, əməl ilə də yardım edilir.
Ev xidmətləri zamanı Tanrı Kəlamı öyrənilir, ibadət edilir, dualar olunur, çörəkbölmə mərasimi keçirilir və qrup üzvləri ilə ünsiyyət qurulur. Hər kəs özünü maraqlandıran sualları verə, problemlərini bölüşə, öndərindən məsləhət ala bilər. Burada gözəl dostluqlar qurulur, dua etmək öyrədilir, Müqəddəs Kitab oxunur, Tanrıya ibadət, başqaları ilə İsa Məsihin müjdəsi ilə bölüşmək, ruhən böyüyüb güclənmək, azad və xoşbəxt imanlı olmaq öyrədilir.