Musiqi
Tanrının Özündən ilham alır, insanların ürəyinə həkk
olunur. Nəğmələrdən, alətlərə toxunuşdan doğulan bu musiqi,
ruhumuzu Var olub, Var olan və Gələcək Tanrıya yönəldir və
qidalandırır.
Yeni
Həyat Kilsəsində alqışın rolu böyükdür. Müqəddəs Tanrı
xalqının söz alqışında yaşayır və Kilsə səmimi qəlbdən
Xilaskarı sevən, Onu ucaltmaq istəyən yeni nəsil pərəstişkarları
yetişdirməyə çağırılır. Tanrı ən gözəl alqışa layiqdir.
Buna görə də Yeni Həyat Kilsəsinin alqış qrupu məktəbi
musiqi qabiliyyətini inkişaf etdirməyə və istedadlı insanları
Tanrı naminə xidmət etməyə hazırlayır. Dərslərdə
levililər Tanrının qüdrətli adını ucaldan ilahilər oxumağı
və musiqi alətlərində çalmağı öyrənirlər.
Ruhani
böyüməyə də xüsusi diqqət yetirilir: Tanrı ilə şəxsi
münasibət qurmaq, dua və oruc tutmaq, alqış xidmətinin ayrılmaz
hissəsidir. Levililər hər toplantıda Tanrıya xidmət edir,
Kilsənin Qüdrətli Tanrının varlığına daxil olmasına kömək
edir, Yer üzündə Tanrının Öz xalqı ilə görüşməsi üçün
lazımi atmosferi yaradırlar. Onlar Tanrı izzətinin
daşıyıcılarıdır, ona görə də onların həyatları Onun
müqəddəsliyindən, paklığından, imanından, sevgisindən,
gücündən və məhsindən şəhadətlik edir.
Yeni
Həyat Kilsəsinin alqışı, müasir zamanda yaşayan və hər gün
ətraflarındakı insanlara müjdəni yayan məsihçilərin Tanrıya
olan alqışı və ibadətidir. Musiqi
aləmində istifadə olunan yeni texnologiyalar vasitəsi ilə
Göylərdə Tanrıya, yerdə isə insanların ürəyinə toxuna
biləcək alqış ilahiləri yaratmağa can atırıq.
Alqış qrupu məktəbi
Musiqi Tanrının Özündən ilham alır, insanların ürəyinə həkk olunur. Nəğmələrdən, alətlərə toxunuşdan doğulan bu musiqi, ruhumuzu Var olub, Var olan və Gələcək Tanrıya yönəldir və qidalandırır.
Yeni Həyat Kilsəsində alqışın rolu böyükdür. Müqəddəs Tanrı xalqının söz alqışında yaşayır və Kilsə səmimi qəlbdən Xilaskarı sevən, Onu ucaltmaq istəyən yeni nəsil pərəstişkarları yetişdirməyə çağırılır. Tanrı ən gözəl alqışa layiqdir. Buna görə də Yeni Həyat Kilsəsinin alqış qrupu məktəbi musiqi qabiliyyətini inkişaf etdirməyə və istedadlı insanları Tanrı naminə xidmət etməyə hazırlayır. Dərslərdə levililər Tanrının qüdrətli adını ucaldan ilahilər oxumağı və musiqi alətlərində çalmağı öyrənirlər.
Ruhani böyüməyə də xüsusi diqqət yetirilir: Tanrı ilə şəxsi münasibət qurmaq, dua və oruc tutmaq, alqış xidmətinin ayrılmaz hissəsidir. Levililər hər toplantıda Tanrıya xidmət edir, Kilsənin Qüdrətli Tanrının varlığına daxil olmasına kömək edir, Yer üzündə Tanrının Öz xalqı ilə görüşməsi üçün lazımi atmosferi yaradırlar. Onlar Tanrı izzətinin daşıyıcılarıdır, ona görə də onların həyatları Onun müqəddəsliyindən, paklığından, imanından, sevgisindən, gücündən və məhsindən şəhadətlik edir.
Yeni Həyat Kilsəsinin alqışı, müasir zamanda yaşayan və hər gün ətraflarındakı insanlara müjdəni yayan məsihçilərin Tanrıya olan alqışı və ibadətidir. Musiqi aləmində istifadə olunan yeni texnologiyalar vasitəsi ilə Göylərdə Tanrıya, yerdə isə insanların ürəyinə toxuna biləcək alqış ilahiləri yaratmağa can atırıq.