"Hər
birimiz Tanrıya və Tanrının bizim üçün ayırdığı ənama
xidmət etməliyik. Kimsə özünü Tanrı Evində xidmətə həsr
etməyə başlayanda, mən bir pastor kimi səmimi qəlbdən
sevinirəm.
Bu
gün Kilsədə ev qruplarının öndərləri, regional xidmətkarlar,
presviterlər, mədh qrupları, nəzarətçilər, yaradıcılıq
xidməti komandası, tərcüməçilər, səs operatorları, Müqəddəs
Kitab kollecinin müəllimləri, eləcə də uşaq və gənclər
xidməti öndərləri xidmət edirlər. Biz Tanrının möhtəşəm
adını yer üzündə izzətləndirmək və Onun Səltənəti üçün
birlikdə çalışmaq üçün birləşmişik..."
PRESVİTER
Ramidə Hoffman
"Mənim
üçün Yeni Həyat Kilsəsində xidmət etmək böyük bir şərəf
və imtiyazdır. Mənə xüsusilə xoşdur ki, Tanrının gözəl bir
qadınına - həm mənim pastoruma, həm də anam olan insana -
kömək edirəm. Tanrı həyatıma 17 yaşımda gəldi. Ürəyimi
Onun etibarlı əllərinə təslim etdiyim gündən bu yana, bir an
belə peşman olmadım. Günlərin birində İsa Öz Kilsəsi üçün
qayıdacaq. Və Onun gəlinini Onunla görüşə hazırlamaq mənim
üçün ən böyük sevinc və şərəfdir..."
ASSİSTENTLƏR
İrina Alxutova
"Buna
görə, sarsılmaz Səltənətə nail olduğumuza görə, minnətdar
olaq ki, bu yolla Tanrıya məqbul ehtiram və ixlaskarlıqla Ona
xidmət edək” (İbr. 12:28). Mən 1997-ci ildə xilas oldum.
Xasiyyətimin, alışqanlıqlarımın, dünyaya baxışımın
dəyişilməsi üçün düz yarım il lazım oldu. Tanrını razı
salmaq üçün içimdə qarşısıalınmaz arzu baş qaldırdı. Və
bu gün həyatımı bunsuz təsəvvür edə bilmirəm. Mən Ona
xidmət etməklə xoşbəxtəm! Tanrı insanları mənə etibar etdi
ki, mən onların həm mənəvi, həm də fiziki qeydinə qalım.
Bütün izzət yalnız Onadır..."
Yelena İbrahimova
"Mən
Rəbbə: “həyatın mənası nədir?” sualı ilə gəldim. Və
İsa Məsih - mənim ən mühüm sualımın cavabı oldu. Bir insan
kimi Ona xidmət əlimizdən gələn ən az bir şeydir. Tanrının
insan köməyinə ehtiyacı yoxdur. Amma yenə də Ona faydalı olmaq
üçün bizə imkan və şans verir..."
Sevda Əliyeva
"Mən
Tanrıya xidmətə, Onun məni nə üçün yaratdığını dərk
edəndən sonra başladım. Və bu gün Onun işlərində böyük
fərəh hissi ilə iştirak edirəm. İstəyirəm insanlara çatdırım
ki, içimizdəki boşluğu heç kim və heç nə doldura bilməz. Bu
yer Rəbbimiz İsa Məsihə aiddir. Tanrı bizi tanıyır və Öz
qapılarını üzümüzə bir Dost kimi qarşılayaraq açmaq
istəyir. O bizə yaxın, doğma olmaq istəyir..."
Pastorun komandası
PASTOR
Lyudmila İbrahimova
"Hər birimiz Tanrıya və Tanrının bizim üçün ayırdığı ənama xidmət etməliyik. Kimsə özünü Tanrı Evində xidmətə həsr etməyə başlayanda, mən bir pastor kimi səmimi qəlbdən sevinirəm.
Bu gün Kilsədə ev qruplarının öndərləri, regional xidmətkarlar, presviterlər, mədh qrupları, nəzarətçilər, yaradıcılıq xidməti komandası, tərcüməçilər, səs operatorları, Müqəddəs Kitab kollecinin müəllimləri, eləcə də uşaq və gənclər xidməti öndərləri xidmət edirlər. Biz Tanrının möhtəşəm adını yer üzündə izzətləndirmək və Onun Səltənəti üçün birlikdə çalışmaq üçün birləşmişik..."
PRESVİTER
Ramidə Hoffman
"Mənim üçün Yeni Həyat Kilsəsində xidmət etmək böyük bir şərəf və imtiyazdır. Mənə xüsusilə xoşdur ki, Tanrının gözəl bir qadınına - həm mənim pastoruma, həm də anam olan insana - kömək edirəm. Tanrı həyatıma 17 yaşımda gəldi. Ürəyimi Onun etibarlı əllərinə təslim etdiyim gündən bu yana, bir an belə peşman olmadım. Günlərin birində İsa Öz Kilsəsi üçün qayıdacaq. Və Onun gəlinini Onunla görüşə hazırlamaq mənim üçün ən böyük sevinc və şərəfdir..."
ASSİSTENTLƏR
İrina Alxutova
"Buna görə, sarsılmaz Səltənətə nail olduğumuza görə, minnətdar olaq ki, bu yolla Tanrıya məqbul ehtiram və ixlaskarlıqla Ona xidmət edək” (İbr. 12:28). Mən 1997-ci ildə xilas oldum. Xasiyyətimin, alışqanlıqlarımın, dünyaya baxışımın dəyişilməsi üçün düz yarım il lazım oldu. Tanrını razı salmaq üçün içimdə qarşısıalınmaz arzu baş qaldırdı. Və bu gün həyatımı bunsuz təsəvvür edə bilmirəm. Mən Ona xidmət etməklə xoşbəxtəm! Tanrı insanları mənə etibar etdi ki, mən onların həm mənəvi, həm də fiziki qeydinə qalım. Bütün izzət yalnız Onadır... "
Yelena İbrahimova
"Mən Rəbbə: “həyatın mənası nədir?” sualı ilə gəldim. Və İsa Məsih - mənim ən mühüm sualımın cavabı oldu. Bir insan kimi Ona xidmət əlimizdən gələn ən az bir şeydir. Tanrının insan köməyinə ehtiyacı yoxdur. Amma yenə də Ona faydalı olmaq üçün bizə imkan və şans verir..."
Sevda Əliyeva
"Mən Tanrıya xidmətə, Onun məni nə üçün yaratdığını dərk edəndən sonra başladım. Və bu gün Onun işlərində böyük fərəh hissi ilə iştirak edirəm. İstəyirəm insanlara çatdırım ki, içimizdəki boşluğu heç kim və heç nə doldura bilməz. Bu yer Rəbbimiz İsa Məsihə aiddir. Tanrı bizi tanıyır və Öz qapılarını üzümüzə bir Dost kimi qarşılayaraq açmaq istəyir. O bizə yaxın, doğma olmaq istəyir..."