O,
Yer üzünə hər bir insanı əbədi ölümdən xilas etməyə,
günahın yükündən azad etməyə, bədənə, cana və sınmış
ürəklərə şəfa verməyə gəlib.
Tanrı
Kəlamında belə buyurulur: milliyyətindən, irqindən, sosial
vəziyyətindən, etdiyi əməllərdən və niyyətindən asılı
olmayaraq, hər kəs günah etmişdir və Tanrı izzətindən
məhrumdur. Lakin, bəşəriyyətin xilası üçün Tanrı vahid
Oğlunu qurban verdi ki, Ona iman gətirən hər kəs ölməsin,
əbədi həyata sahib olsun.
Biz
Rəbb İsa Məsihin ilahiliyinə inanırıq. İsa əbədiyyətdən
gəlib və əbədiyyətə aiddir. O, əbədi Tanrı və əbədi
Oğuldur. İsa mahiyyətcə Tanrının Özü kimidir. Atanın bütün
xüsusiyyətlərini Özündə birləşdirən mübarək Tanrıdır.
Yaradılmamışdır. O doğulmuşdur. Yaradılan olsaydı, Tanrı
olmazdı. İsa Tanrıdan yalnız qısa bir müddətlik ayrıldı ki,
insanlara Tanrının kim olduğunu bəyan etsin, insanları xilas
edib yenidən onları Tanrının hüzuruna gətirsin (Yəhya 1:18).
İsa
Məsih həqiqi Tanrı, həqiqi insandır. O, Vifliyədə bakirə
Məryəm tərəfindən doğuldu. O, Məryəmin həyat yoldaşı
Yusufun dülgər işlədiyi Nazaret şəhərində böyüyüb. Yusuf
İsanın yerdəki atası sayılır. O, Səmavi Atası barədə artıq
12 yaşında bilirdi (Luka 2:49) və valideynləri ilə sinaqoqa
gedirdi. Böyüyərkən O, digər insanlar kimi yaşayırdı. O
yeyirdi, içirdi, yatırdı, kədərlənirdi, sevinirdi, yorulurdu və
susayırdı…Hər şeydə insan kimi idi, lakin bir cəhətdən
fərqli idi: Onda günah yox idi. O, bir dəfə də olsa günah
etməmişdir (Yəhya 1:5).
O,
yer üzünə insanın ilkin simasını bərpa etmək, insanın necə
olmalı olduğunu göstərmək üçün gəldi. İsaya baxarkən əsl
Tanrı övladının necə olması, necə düşündüyünü və necə
hərəkət etməsini görürük. İsa yer üzünə Tanrının necə
olduğunu göstərmək üçün gəldi. Həqiqətdə Tanrı nece
olduğunu bizə İsa Məsihin vasitəçiliyi ilə göstərir. O, bizi
günahdan xilas etmək üçün bəşəriyyətin nümayəndəsi kimi
göylərdən endi, bizim əvəzimizə günahın bədəlini ödədi,
çünki insanın günahına görə yalnız insan cəzalandırıla
bilər. Özü günahsız olan insan İsa Məsih, bütün günahkar
insanların günahlarını Öz üzərinə götürdü. O, bizim
yerimizə öldü və dirildi. Bu necə mümkün oldu? Tanrı Məsih
vasitəsilə insanların günahları ilə Özünün hesablaşması
yolunu seçdi.
İsa
bəşəriyyətin günah probleminə tək cavabdır. Qurban gətirilən
heç bir heyvan insan günahını bağışlada bilməz və heç bir
insan özü özünü Tanrı ilə barışdıra bilməz. Biz Tanrıya
öz gücümüzlə nail olmamışıq, çünki Tanrı Özü üzünü
insanlara döndərərək, Vahid Oğlu vasitəsi ilə bizə xilası
hədiyyə edir.
İsa
Məsih dünən, bu gün və əbədiyyən eynidir. O dəyişməzdir –
hələ də xilas edir, azad edir və şəfa verir. O, bu gün də
Səmavi Atasının övladlarının Ona qayıtmasını səbirlə
gözləyir. Əgər bu vaxta kimi İsa Məsihi Tanrınız və
Xilaskarınız kimi qəbul etməmisinizsə, onda bu duanı ucadan
oxuyun və Tanrı sizin günahlarınızı bağışlayar, sizi
paklandırar, Öz varlığı ilə doldurar:
Rəbb
İsa! Mən inanıram ki, Sən mənim günahlarıma görə ölüb,
üçüncü gün dirilmisən! Mənim bütün günahlarımı bağışla!
Məni qiymətli qanın ilə təmizlə! Ürəyimə daxil ol, mənim
Tanrım və Xilaskarım ol! Adın naminə dua edirəm! Amin.
İsa
O, Yer üzünə hər bir insanı əbədi ölümdən xilas etməyə, günahın yükündən azad etməyə, bədənə, cana və sınmış ürəklərə şəfa verməyə gəlib.
Tanrı Kəlamında belə buyurulur: milliyyətindən, irqindən, sosial vəziyyətindən, etdiyi əməllərdən və niyyətindən asılı olmayaraq, hər kəs günah etmişdir və Tanrı izzətindən məhrumdur. Lakin, bəşəriyyətin xilası üçün Tanrı vahid Oğlunu qurban verdi ki, Ona iman gətirən hər kəs ölməsin, əbədi həyata sahib olsun.
Biz Rəbb İsa Məsihin ilahiliyinə inanırıq. İsa əbədiyyətdən gəlib və əbədiyyətə aiddir. O, əbədi Tanrı və əbədi Oğuldur. İsa mahiyyətcə Tanrının Özü kimidir. Atanın bütün xüsusiyyətlərini Özündə birləşdirən mübarək Tanrıdır. Yaradılmamışdır. O doğulmuşdur. Yaradılan olsaydı, Tanrı olmazdı. İsa Tanrıdan yalnız qısa bir müddətlik ayrıldı ki, insanlara Tanrının kim olduğunu bəyan etsin, insanları xilas edib yenidən onları Tanrının hüzuruna gətirsin (Yəhya 1:18).
İsa Məsih həqiqi Tanrı, həqiqi insandır. O, Vifliyədə bakirə Məryəm tərəfindən doğuldu. O, Məryəmin həyat yoldaşı Yusufun dülgər işlədiyi Nazaret şəhərində böyüyüb. Yusuf İsanın yerdəki atası sayılır. O, Səmavi Atası barədə artıq 12 yaşında bilirdi (Luka 2:49) və valideynləri ilə sinaqoqa gedirdi. Böyüyərkən O, digər insanlar kimi yaşayırdı. O yeyirdi, içirdi, yatırdı, kədərlənirdi, sevinirdi, yorulurdu və susayırdı…Hər şeydə insan kimi idi, lakin bir cəhətdən fərqli idi: Onda günah yox idi. O, bir dəfə də olsa günah etməmişdir (Yəhya 1:5).
O, yer üzünə insanın ilkin simasını bərpa etmək, insanın necə olmalı olduğunu göstərmək üçün gəldi. İsaya baxarkən əsl Tanrı övladının necə olması, necə düşündüyünü və necə hərəkət etməsini görürük. İsa yer üzünə Tanrının necə olduğunu göstərmək üçün gəldi. Həqiqətdə Tanrı nece olduğunu bizə İsa Məsihin vasitəçiliyi ilə göstərir. O, bizi günahdan xilas etmək üçün bəşəriyyətin nümayəndəsi kimi göylərdən endi, bizim əvəzimizə günahın bədəlini ödədi, çünki insanın günahına görə yalnız insan cəzalandırıla bilər. Özü günahsız olan insan İsa Məsih, bütün günahkar insanların günahlarını Öz üzərinə götürdü. O, bizim yerimizə öldü və dirildi. Bu necə mümkün oldu? Tanrı Məsih vasitəsilə insanların günahları ilə Özünün hesablaşması yolunu seçdi.
İsa bəşəriyyətin günah probleminə tək cavabdır. Qurban gətirilən heç bir heyvan insan günahını bağışlada bilməz və heç bir insan özü özünü Tanrı ilə barışdıra bilməz. Biz Tanrıya öz gücümüzlə nail olmamışıq, çünki Tanrı Özü üzünü insanlara döndərərək, Vahid Oğlu vasitəsi ilə bizə xilası hədiyyə edir.
İsa Məsih dünən, bu gün və əbədiyyən eynidir. O dəyişməzdir – hələ də xilas edir, azad edir və şəfa verir. O, bu gün də Səmavi Atasının övladlarının Ona qayıtmasını səbirlə gözləyir. Əgər bu vaxta kimi İsa Məsihi Tanrınız və Xilaskarınız kimi qəbul etməmisinizsə, onda bu duanı ucadan oxuyun və Tanrı sizin günahlarınızı bağışlayar, sizi paklandırar, Öz varlığı ilə doldurar:
Rəbb İsa! Mən inanıram ki, Sən mənim günahlarıma görə ölüb, üçüncü gün dirilmisən! Mənim bütün günahlarımı bağışla! Məni qiymətli qanın ilə təmizlə! Ürəyimə daxil ol, mənim Tanrım və Xilaskarım ol! Adın naminə dua edirəm!
Amin.