Uşaq xidməti

Tanrı bütün uşaqları sevir və hər birinin Onu dərk etməsini istəyir. İsa dedi: "Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Səmavi Padşahlıq belələrinə məxsusdur" (Matta 19:14). Tanrı valideynlərə etibar etdiyi uşaqları Öz Evində, Kilsəsində gözləyir! Onlar Tanrını izzətləndirməyi, erkən yaşlarından Ona xidmət etməyi, Tanrının onlara olan sevgisi və onlar üçün olan möhtəşəm planı barədə burada öyrənə biləcəklər.

Uşaq xidməti əsas xidmətin keçirildiyi binada olduğuna görə valideynlər 3-12 yaş arası olan uşaqları ürək rahatlığı ilə müəllimlərin və köməkçilərin yanında qoya və istədikləri zaman uşaqlarının nə ilə məşğul olduqlarını yoxlaya bilirlər.

Uşaqların xidməti zamanı balaca imanlılar maraqlı Müqəddəs Kitab hekayələrini və vəzlər dinləyirlər. Onlar Müqəddəs Kitabın qəhrəmanları ilə tanış olurlar, adi insanların Tanrı köməyi ilə etdiyi qeyri-adi işləri barədə öyrənirlər. Mövzuların daha aydın başa düşülməsi üçün isə dərsləri proyektorda rəngarəng şəkillərlə, eləcə də tamaşalar, müzakirələr və oyunlarla keçirik.

Xidmət zamanı uşaqlar Tanrını izzətləndirməyi, Ona ilahilər oxumağı, özləri, valideynləri və dostları üçün dua etməyi öyrənirlər, əl işləri ilə məşğul olur, şəkil çəkirlər, cizgi filmləri izləyirlər. Boş vaxtları qalan zaman isə onları Kilsəmizdə gözləyən oyuncaqlarla oynayırlar. Keçirdiyimiz hər xidmətdə uşaqlar təamlar, su və meyvə şirəsi ilə təmin olunur, valideyinlər isə uşaqlarının qayğı ilə əhatə olunduğundan əmin olurlar.

Biz uşaqların Kilsədə özlərini təhlükəsiz və sevimli hiss etmələri üçün əlimizdən gələni edirik və onlar üçün keçirdiyimiz hər bir xidmət bizim üçün çox önəmlidir. Həyatlarının hər bir gününü sevinc və cəsarətlə qarşılamaqları üçün imanla məhz burada dolurlar!