İsa
Məsihin dirilib göylərə qalxmasından sonra artıq yeni dövr
başlandı – Kilsənin dövrü. Kilsə, yüz iyirmi şagird
Yerusalimdə komada yığışarkən Müqəddəs Ruhla dolub başqa
dillərdə danışan zaman yaranmışdır (Həvvarilərin işləri
2:1-4). Əhdi-cədiddə istifadə olunan ekklesia kəliməsi Kilsəni
ifadə etmək üçün istifadə olunur (Matta 16:18, Həvvarilərin
işləri 2:47). Bu sözlə insanlar yığıncağını, xalqın
içindən seçilmişləri adlandırırdılar. Tanrının Kilsəsi İsa
Məsih vasitəsi ilə Tanrıya qulluq edən və Onu sevən, dünyadan
çağırılmış insanlardan ibarətdir.
Yer
üzündə 2 cür Kilsə var: bütün ölkələrdə və bütün
dövrlərdə icmalarda toplanan imanlılardan ibarət olan ümumi
(ümumdünya) kilsə və özlərini bir bədənin üzvi hesab edən
eyni ərazidə yaşayan imanlılardan ibarət olan yerli kilsə.
Yerli kilsə ümumdünya kilsənin bir hissəsidir.
İsanın
kim olduğu və bizə görə etdikləri kilsənin varlığının,
məqsədinin, istiqamətinin təməlidir. İsa Kilsəni Özünki
adlandırır (Matta 16:18). O, Kilsəni satın alıb, Kilsənin
sahibidir, Rəbbi və Məsihidir.
Kilsə
Məsihin bədənidir (Efeslilərə 1:23). Burada İsa - Baş
(Efeslilərə 1:22), imanlılar isə bədənin üzvləridir
(Korinflilərə 1-ci məktub 12:27). Cinsindən, irqindən, aid
olduğu tayfadan və ya milliyyətindən asılı olmayaraq, İsanı
Tanrısı elan edən hər bir kəs İsa Məsihin bədəninin üzvünə
çevrilir.
Yer
üzündə Kilsə güclü ruhani müəssisədir, və o, İsa Məsihin
müjdəsini yaymağa; insanları İsa Məsihin şagirdləri etməyə;
şeytana qarşı durmağa; yer üzündə Göylər Səltənətini
yaymağa; Tanrı kəlamını bəyan etməyə; İsa Məsihin işlərini
görməyə; insanların (ruhani, bədənsəl) ehtiyaclarını
ödəməyə; itmişləri Tanrı üçün əldə etməyə; imanlıları
öyrətməyə; Tanrını izzətləndirib və ibadət etməyə; Tanrı
qarşısında vəsatət etməyə; pisliyə yaxşılıqla qalib
gəlməyə çağırılıb. Bu
məqsədlə Kilsədə müxtəlif xidmətlər var (pastor, dyakonlar,
öndərlər, levitlər və s.). Bu gün Kilsənin həyatı onun
daxili nizamnaməsi ilə təyin edilir.
Azərbaycandakı
Yeni Həyat Kilsəsi 1999-cu ildə yaranıb və Belarusun Minsk
şəhərindəki Yeni Həyat Kilsəsinin filialıdır. Kilsənin baş
pastoru Lyudmila xanım İbrahimovadır. Kilsə 2006-cı ildə
dövlət qeydiyyatından keçmiş, 2009-cu ildə isə Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində
yenidən qeydiyyata alınmışdır. Beləliklə, Kilsə Azərbaycan
Respublikasında Xristian İncil Dini İcması statusuna malikdir.
Kilsənin
baş keşişi - Belarusiyadakı Yeni Həyat kilsəsinin baş
pastoru Vyaçeslav Qonçarenkodur. Vyaçeslav Qonçarenko Minskdə,
1970-ci ilin iyunun 16-da, məsihçi ailəsində anadan olub. O, ata
xətti ilə 3-cü nəsil, ana xətti ilə isə 4-cü nəsil
imanlıdır. Pastor Vyaçeslav ailəlidir və 4 gözəl qız uşağının
atasıdır: Karolina, Əstera, Milana və Anjelina. Vyaçeslav özü
demişkən, onun həyat yoldaşı İrina həyatındakı ən böyük
xeyirduadır.
Kilsə barədə
İsa Məsihin dirilib göylərə qalxmasından sonra artıq yeni dövr başlandı – Kilsənin dövrü. Kilsə, yüz iyirmi şagird Yerusalimdə komada yığışarkən Müqəddəs Ruhla dolub başqa dillərdə danışan zaman yaranmışdır (Həvvarilərin işləri 2:1-4). Əhdi-cədiddə istifadə olunan ekklesia kəliməsi Kilsəni ifadə etmək üçün istifadə olunur (Matta 16:18, Həvvarilərin işləri 2:47). Bu sözlə insanlar yığıncağını, xalqın içindən seçilmişləri adlandırırdılar. Tanrının Kilsəsi İsa Məsih vasitəsi ilə Tanrıya qulluq edən və Onu sevən, dünyadan çağırılmış insanlardan ibarətdir.
Yer üzündə 2 cür Kilsə var: bütün ölkələrdə və bütün dövrlərdə icmalarda toplanan imanlılardan ibarət olan ümumi (ümumdünya) kilsə və özlərini bir bədənin üzvi hesab edən eyni ərazidə yaşayan imanlılardan ibarət olan yerli kilsə. Yerli kilsə ümumdünya kilsənin bir hissəsidir.
İsanın kim olduğu və bizə görə etdikləri kilsənin varlığının, məqsədinin, istiqamətinin təməlidir. İsa Kilsəni Özünki adlandırır (Matta 16:18). O, Kilsəni satın alıb, Kilsənin sahibidir, Rəbbi və Məsihidir.
Kilsə Məsihin bədənidir (Efeslilərə 1:23). Burada İsa - Baş (Efeslilərə 1:22), imanlılar isə bədənin üzvləridir (Korinflilərə 1-ci məktub 12:27). Cinsindən, irqindən, aid olduğu tayfadan və ya milliyyətindən asılı olmayaraq, İsanı Tanrısı elan edən hər bir kəs İsa Məsihin bədəninin üzvünə çevrilir.
Yer üzündə Kilsə güclü ruhani müəssisədir, və o, İsa Məsihin müjdəsini yaymağa; insanları İsa Məsihin şagirdləri etməyə; şeytana qarşı durmağa; yer üzündə Göylər Səltənətini yaymağa; Tanrı kəlamını bəyan etməyə; İsa Məsihin işlərini görməyə; insanların (ruhani, bədənsəl) ehtiyaclarını ödəməyə; itmişləri Tanrı üçün əldə etməyə; imanlıları öyrətməyə; Tanrını izzətləndirib və ibadət etməyə; Tanrı qarşısında vəsatət etməyə; pisliyə yaxşılıqla qalib gəlməyə çağırılıb. Bu məqsədlə Kilsədə müxtəlif xidmətlər var (pastor, dyakonlar, öndərlər, levitlər və s.). Bu gün Kilsənin həyatı onun daxili nizamnaməsi ilə təyin edilir.
Azərbaycandakı Yeni Həyat Kilsəsi 1999-cu ildə yaranıb və Belarusun Minsk şəhərindəki Yeni Həyat Kilsəsinin filialıdır. Kilsənin baş pastoru Lyudmila xanım İbrahimovadır. Kilsə 2006-cı ildə dövlət qeydiyyatından keçmiş, 2009-cu ildə isə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yenidən qeydiyyata alınmışdır. Beləliklə, Kilsə Azərbaycan Respublikasında Xristian İncil Dini İcması statusuna malikdir.
Kilsənin baş keşişi - Belarusiyadakı Yeni Həyat kilsəsinin baş pastoru Vyaçeslav Qonçarenkodur. Vyaçeslav Qonçarenko Minskdə, 1970-ci ilin iyunun 16-da, məsihçi ailəsində anadan olub. O, ata xətti ilə 3-cü nəsil, ana xətti ilə isə 4-cü nəsil imanlıdır. Pastor Vyaçeslav ailəlidir və 4 gözəl qız uşağının atasıdır: Karolina, Əstera, Milana və Anjelina. Vyaçeslav özü demişkən, onun həyat yoldaşı İrina həyatındakı ən böyük xeyirduadır.